azia.az
azia.az

Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR

17-09-2020, 15:56

Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.

Azia.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi