azia.az
azia.az

Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib

14-09-2020, 18:15

Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib

Azia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərin üçüncüsü keçirilib.

“Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzusunda reallaşan onlayn təlim Türkiyənin tanınmış media təlimçisi –“TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunub.

Təlimdə müasir jurnalistikanın tələblərindən bəhs edilib, yeni dövrün jurnalistikasında rəqəmsal texnologiyalardan düzgün və yerində istifadə qaydaları barədə məlumat verilib.

Həmçinin müasir jurnalistikada sosial şəbəkələrin funksiyaları, informasiyanın yayılmasının izlənilməsi, innovasiya texnologiyalarından sərbəst istifadə metodları nümayiş etdirilib. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib. Respublikanın regionlarında da fəaliyyət göstərən media nümayəndələrinin qatıldığı onlayn təlimlərə sabah yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi