azia.az
azia.az

“Baş həkimlər deyir, elə edin ki, onlar özəl xəstəxanalarda da iş tapmasın”

9-09-2020, 15:57

“Baş həkimlər deyir, elə edin ki, onlar özəl xəstəxanalarda da iş tapmasın”

“Pandemiya başlayanda bir neçə tibb işçisi qorxduğuna görə ərizə yazıb işdən çıxıb”.

“Azia.Az” xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin komitə iclasında qaldırıb.

O qeyd edib ki, indi pandemiya azalmaq üzrədir: “Həmin tibb işçilərinin təkrar işə qayıtması lazımdır. Bu, ona bənzəyir ki, elə bil müharibə başlayanda onlar dövləti tək qoyub gediblər.

Ona görə də bir neçə baş həkim mənə müraciət edərək bildirir ki, Əmək Məcəlləsinə elə dəyişiklik edin ki, həmin tibb işçiləri hətta özəl xəstəxanalarda belə işə düzələ bilməsin”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi