azia.az
azia.az

Sentyabrda 190 manat birdəfəlik müavinət verilə bilər - AÇIQLAMA

3-09-2020, 16:13

Sentyabrda 190 manat birdəfəlik müavinət verilə bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Hazırda bir çox "Mallar"ın və iri ticarət mərkəzlərin fəaliyyətinə qoyulan qadağa hələ saxlanılmaqdadır. Qeyd edək ki, 13 rayon və şəhərdə yaşayan aztəminatlı ailələrə sərt karantin rejiminə görə avqust ayı üçün 190 manat birdəfəlik müavinət verilib. Sentyabr ayı üçün də 190 manat birdəfəlik müavinət veriləcəkmi?

Bununla bağlı Azia.Az-a danışan deputat Aydın Hüseynov bildirib ki, cənab prezident İlham Əliyevin siyasətinin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahın yaxşılaşdırılmasıdır:

"Vətəndaşlarımızın sosial qayğısı daim diqqət mərkəzindədir. Bununla bağlı dövlət hər zaman vətəndaşının yanındadır. Əgər karantin rejiminin vətəndaşın sosial durumuna və büdcəsinə hər hansı təsiri olacaqsa bu günə kimi olduğu kimi bundan sonra da kompensasiya olacaq. Vətəndaşlarımızın sağlamlığı və sosial rifahının yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi