azia.az
azia.az

Ramiz Mehdiyev Qurban Məmmədovdan efir vaxtı istədi: Sensasion iddia

2-09-2020, 11:56

Ramiz Mehdiyev Qurban Məmmədovdan efir vaxtı istədi: Sensasion iddia

"Azeri Freedom" kanalının rəhbəri Qurban Məmmədov sensasion iddia ilə çıxış edib. Müsavat TV-nin “Canlı debat” verilişinə telefonla qatılan Q.Məmmədov bildirib ki, bir neçə gün bundan öncəki verilişində Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin canlı efirə bağlanacağı ilə bağlı verdiyi anons həqiqətə söykənib.

“Azia.Az” xəbər verir ki, onun sözlərinə görə, R.Mehdiyevin yaxın adamı bir gün öncə ona zəng edərək, bu barədə xahiş edib: “Həmin adam bütün kanalların, saytların Ramiz Mehdiyevin üzünə bağlandığını dedi. Soruşdu ki, ona efir verə bilərsizmi? Mən də bildirdim ki, "Azeri Freedom" xalqın efiridir. Kim əxlaq, qanun norması daxilində danışacaqsa, buyursun. Sözarası soruşdum ki, nə danışmaq istəyir. Dedi, “sadəcə xalqa müraciət etmək istəyir, sizinlə debat aparmaq fikri yoxdur. Sizin efirə çıxacaq, maksimum 15-20 dəqiqə xalqa müraciət edəcək”.

Aparıcının “həmin yaxın adamın kimliyini açıqlaya bilərsizmi?” sualına cavabda Q.Məmmədov bildirdi ki, o yaxın adamın adını açıqlasalar, onu təhlükəyə atmış olarlar: “Verilişlə bağlı müəyyən şərtlər dedi. Mən də bütün şərtləri qəbul etdim. Dedim ki, özümün də cavab vermək haqqım var. Görsəm ki, Ramiz Mehdiyev xalqın, dövlətin əleyhinə nəsə müraciət edir, mən də sözümü deyəcəm ondan sonra. Dedim ki, istənilən vaxt bizim efirə çıxa bilər. Mənimçün heç bir fərqi yoxdur. Mən də elan verdim. Şərtimiz belə idi ki, saat 21-22 arası zəng edəcək. Çünki saat 22.00-də mənim özümün müəllif verilişim olacaqdı. Veriliş boyu gözlədim. Verilişin bitməsinə 15-20 dəqiqə qalmış adam yazmağa başladı ki, “Biz sizdən üzr istəyirik, bilirsiz ki, burdakı vəziyyət necədir. Ağsaqqalın həyatına təhlükə var, xox gəldilər, qorxutdular, hər şey realdır. Ona görə də qalsın başqa vaxta”. Mən də dedim ki, özünüz bilərsiz”.

Q.Məmmədov dedi ki, R.Mehdiyev istənilən kanala müraciət edə bilər. Onun fikrincə, PA-nın eks rəhbəri tərəfindən belə bir həmlənin nə səbəbə edilməsi ciddi sualdır: “Mən sonradan düşündüm ki, nə baş verib müraciət edib. Ola bilsin ki, onun heç efirə çıxmaq fikri olmayıb. Sadəcə olaraq kimlərəsə xox gəlmək, qorxutmaq istəyib. İlham Əliyevə də mesaj vermək istəyib ki, mən burdan da çıxıb danışa bilərəm. Özü bilər, Allahı bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi