azia.az
azia.az

Vergi xidməti bu şirkəti araşdırsa... - Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev?

13-08-2020, 16:12

Vergi xidməti bu şirkəti araşdırsa... - Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev?

Azia.az xəbər verir ki, Bu gün məmləkətdə nə qədər yol çəkmək, işıq çəkmək adı ilə yol kəsən, işıq kəsən şirkətlər peyda olub. Hamısının da rəsmi dövlət qeydiyyatı, hələ üstəlik böyük məbləğdə tenderlərin də qalibi olurlar. Amma hesablarını qurdalasan bəlli olacaq ki, yüz minlik tenderin qalibi olan bu şirkətlərin 10 manatlıq nizamnamə fondu var. Belə biabırçılıq heç harda ola bilməz. Belə yol kəsən şirkətlərdən biri də “Turan yol” qrup MMC-dir. MMC-nin rəhbəri isə Qurban Əliyev adlı birisi. Adamdan soruşarlar ki, nizamnamə fondu 10 manat olan bu şirkətlər yol çəkmək üçün lazım olan müasir avadanlıqları haradan ala bilər? Biz hələ savadlı mütəxəssislərdən, yol mühəndislərindən,fəhlə heyətindən və s danışmırıq. Görəsən, kağız üstündə mövcud olan amma böyük miqdarda pulların nağdlaşdırılmasında iştirak edən bu MMC-lərə kimlər himayədarlıq edir..? Axı tenderi udmaq üçün xeyli sayda şərtlər və kriteriyalar mövcuddur. Özü də Qurban Əliyevin şirkətinin adına baxın: TURAN YOL... Atalar demişkən kasıb itinin adını GÜMÜŞ qoyar. Şikayətçilərin dediklərindən bəlli olur ki, bu şirkətin qanuni ünvanı yoxdur. Yalandan görüntü və fırıldaq üçün şəhərin müxtəlif ünvanlarında müvəqqəti ofislər kirayələyirlər və iş icraçılarını müxtəlif ünvanlarda qəbul edib saxta müqavilələr bağlayırlar. İş görülüb qurtarandan sonra Qurban Əliyev və dostları aradan çıxırlar. Arada kasıb-kusub fəhlələrin çörək pulu, əmək haqqları batıb gedir. İş icraçılarının dediklərindən bəlli olur ki, Qurban Əliyevin yaxın qohumu yüksək vəzifədə işləyir və yol tikintisi ilə bağlı tenderləri udmaqda qohumu ona dəstək olur. Zərərçəkənlər dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət etsə də heç bir nəticə olmayıb. Hazırda zərərçəkənlər media vasitəsilə cənab Prezident İlham Əliyevdən xahiş edirlər ki, onlara dəyən zərər ödənilsin, əmək haqlarını alsınıar və fırıldaqçılar cəzalandırılsın.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi