azia.az
azia.az

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

7-08-2020, 19:22

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Azia.Az-ın məlumatına görə, Rafail Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri təyin edilib.

O buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, dörd övladı var.

Kənd Təsərrüfatı Nazirliyindən məlumatı təsdiqləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi