azia.az
azia.az

"Azərbaycanda toylar uzun müddət keçirilməyəcək"- AÇIQLAMA

7-08-2020, 15:55

"Azərbaycanda toylar uzun müddət keçirilməyəcək"- AÇIQLAMA

"Azərbaycanda toylarda insanlar kütləvi şəkildə iştirak etdiyi üçün uzun müddət keçirilməyəcəyini deyə bilərik"

Bunu Azia.Az-a tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayıl deyib:

"Azərbaycanda açıq havada toyların keçiriləcəyinə inanmıram. Burada toy ənənəsi bildiyimiz lotereya oyunudur. Karantin rejimində yumşaldılma olarsa, toy adətləri eyni qaydada keçirilə bilər.

Koronavirus pandemiyası tam nəzarətə alınandan sonra toyların keçirilməsi baş tuta bilər. Bu o deməkdir ki, yeni yoluxanlar var, amma onların sayı minimal həddədir və belə qaydada davam edəcək. Məsələn, Azərbaycanda gündəlik yoluxma sayı 20-30 nəfər olaraq bir ay davam etsə, inandırım ki, 50 adamın iştirak etməsi şərti ilə toylara icazə verəcəklər. Bir də koronavirusa qarşı peyvənd çıxarsa, toyların keçirilməsinə icazə veriləcəyini demək olar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi