azia.az
azia.az

Mədət Quliyevə yeni müavin təyin edilib

8-07-2020, 16:44

Mədət Quliyevə yeni müavin təyin edilib

Azərbaycanın Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib.

Azia.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub. 1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə General-mayor hərbi rütbəsi verilib.

Xatırladaq ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi