azia.az
azia.az

Dünyanın ilk kitabı

24-06-2020, 20:24

Dünyanın ilk kitabı

Azia.Az xəbər verir ki,Dünyadakı ilk kitab şimal-qərbi Çində aşkarlanıb. 868-ci ildə yazıldığı deyilir.
"Diamond Sutra" adlı bu kitabın adı almaz və dini məlumat sözlərindən əmələ gəlib.

Kitab Buddanın öyrətdiyi məlumatları əks etdirirdi. Buddanın müridi Sübhutiyə nəsihətləri kitabda yer alıb. 7 səhifədən ibarət kitabın 6 səhifəsi mətn, 1 səhifəsi isə Budda və müridlərini göstərən tablodan təşkil olunub. Tabloda kişi və qadın müridlər və 2 pişik əks olunub. Kitabın ölçüləri 30x75 sm-dir, ağacdan hazırlanmış materialla çap olunub.
Kitab 1900-cü ildə taoist bir rahib tərəfindən Türküstanın Tunhuanq bölgəsindəki Bin Budda mağaralarında aşkarlanıb. Tapılarkən yanında 1300 əlyazması da olub.
Kitabın sonunda "11 may 868-ci ildə əziz valideynlərin xatirələrini yad etmək üçün pulsuz paylanmaq məqsədilə Vanq Çen tərəfindən çap olunub" qeydi var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi