azia.az
azia.az

Bakıda ən çox koronavirusa yoluxma bu 3 rayondadır

23-06-2020, 18:06

Bakıda ən çox koronavirusa yoluxma bu 3 rayondadır

Azərbaycanda koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür.

Azia.Az-ın məlumatına görə, Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Xətai, Yasamal və Binəqədi rayonlarında olub. Xətai 12,2 faiz, Yasamal isə 12,2 faiz təşkil edib. Bakıda ən çox yoluxma isə Binəqədi rayonunda - 12,3 faiz olub

Müvafiq olaraq yoluxma faizi Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda 9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi