azia.az
azia.az

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

11-06-2020, 19:16

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb.

Azia.Az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç.

Sizi dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəliləyir. Fəal xarici siyasət kursu Sizin ölkənizin dünya arenasında mövqeyinin gücləndirilməsi üçün etibarlı təməldir.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir.

Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

Fürsətdən istifadə edib koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirirəm.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, uğurlar, bütün rusiyalılara firavanlıq və əmin-amanlıq diləyirəm”.(APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi