azia.az
azia.az

Bin Salman Putinə ultimatum verib, amma söhbətin axırı pis qurtarıb...

22-04-2020, 19:44


Bin Salman Putinə ultimatum verib, amma söhbətin axırı pis qurtarıb...
Martın əvvəllərində neft hasil edən ölkələrin OPEC+ formatında keçirilən iclası ərəfəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Rusiya prezidenti Vladimir Putin arasında sərt telefon söhbətinin olduğu üzə çıxıb.
Bin Salman Putinə ultimatum verib, amma söhbətin axırı pis qurtarıb...
Virtualaz.org xəbər verir ki, bin Salman Putindən neft hasilatını kəskin aşağı salmağı ultimativ formada tələb edib, amma söhbətin axırı pis qurtarıb.

Xatırladaq ki, həmin iclasda iştirakçılar hasilatın azaldılmasına dair razılaşmanı qüvvədə saxlamaq və daha çox həcmdə hasilatı azaltmaq məsələsində anlaşa bilməyiblər. Nəticədə Səudiyyə Ərəbistanı hasilatı kəskin artırdığını elan edib, onsuz da pandemiya səbəbindən tələbatın kəskin azaldığı bir vaxtda bu addım bazarda ifrat neft bolluğuna gətirib çıxarıb. Qiymətlər dibə enib və nəticədə aprelin 12-də OPEC+ ölkələri yenidən danışıqlar masasına (videokonfrans rejimində) oturaraq hasilatı mayın 1-dən etibarən 10 milyon barrel azaltmaq haqda razılıq əldə etməl olublar.

Londonda mənzillənən ingilisdilli “Middle East Eye” online-nəşri adının açıqlanmasını istəməyən səudiyyəli rəsmiyə istinadən yazır ki, telefon danışığı zamanı şahzadə aqressiv olub və Putinə ultimatum irəli sürüb-əgər haslatın azaldılmasına dair razılaşma əldə edilməsə Səudiyyə Ərəbistanı qiymət müharibəsinə başlayacaq.

“Putin bu şərtdən imtina etdi və telefon söhbətinin axırı pis qurtardı”,-anonim səudiyyəli mənbə bildirib.

Xəbər verilir ki, Səudiyyə şahzadəsi Putinə zəng vurmazdan əvvəl ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Cared Kuşnerlə əlaqə saxlayıb. Kuşner Məhəmməd bin Salmaın Putinin qarşısında hansı şərt irəli sürəcəyini bilib, amma onun qərarına veto qoymayıb. “Bin Salman isə bundan özü üçün nəticə çıxardı”,-mənbə deyib.

Qeyd edək ki, OPEC+ ölkələrinin hasilatı azaltması barədə anlaşmanın əldə edilməsinin çətinliyinin Səudiyyə Ərəbistanının Rusiyaya irəli sürdüyü ultimatum olduğunu hələ aprelin əvvəllərində “Bloomberg” xəbər verib. Məlumata görə Ər-Riyad tələb edib ki, Rusiya hasilatı hamıdan çox- sutkada 1.5 milyon barrel azaltsın. Rusiya isə bu şərti qəbul etməyib və 3 ildən çoxdur qüvvədə olan anlaşma martın əvvəllərində pozulub. Sonrakı sövdələşməyə əsasən isə Səudiyyə Ərəbistanı və Rusiya hasilatı daha çox-hərəyə 2.5 milyon barrel azaltmaq öhdəliyi götürməli olublar.

azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi