azia.az
azia.az

“CNN” koronavirusun viran qoyduğu Ekvadordan xəbər verir

5-04-2020, 21:14


“CNN” koronavirusun viran qoyduğu Ekvadordan xəbər verir.
“CNN” koronavirusun viran qoyduğu Ekvadordan xəbər verir
Quayakil Ekvadorun qərbində yerləşən şəhərdir. Hazırda şəhərinin küçələri tərk edilib, yerli sakinləri görmək çətindir. Ancaq şəhərin müxtəlif yerlərində baxımsız qalmış tabutlar diqqəti cəlb edir. “CNN”in adıçəkilən şəhərdən hazırladığı reportajda belə deyilir.

Koronavirus pandemiyası ölkəni iflas həddinə çatdırıb. Əhalisi sıx olan şəhərində kommunal xidmətlər həddən artıq yükləndiyinə görə normal qaydada işləyə bilmir. Xəstəxanalarda boş çarpayı qalmayıb, meyitxanalar, qəbiristanlar və dəfn büroları başını itirib. Bəzi sakinlər deyir ki, onlar heç bir seçimə malik deyil. “Meyitləri çöldə qoymaqdan başqa çarəmiz qalmayıb”.

Men with protective suits load a coffin into a car in front of a Guayaquil hospital.

"Biz beş gündür ki, gözləyirik," Fernando Espana deyir. Hakimiyyət orqanları cənazəni dəfn etmək üçün yer ayıra bilmir: "Biz 911-ə zəng vurmaqdan bezmişik, onlar deyirlər ki, biz gözləməliyik, onlar problemi həll etmək üçün çalışırlar".
“CNN” koronavirusun viran qoyduğu Ekvadordan xəbər verir
O, plastik torbaya bükülərək həyətə qoyulmuş meyiti göstərir. Meyit həm də kartonla əhatə olunub.

Çürüməkdə olan meyitin qoxusu hər tərəfə yayılır.

lllllll.jpg (74 KB)

Glenda Larrea Vera isə bildirir ki, qonşuluqda yaşlı adamlar çoxdur: “Mənim anamın da 80 yaşı var. Onun da tənəffüs problemləri var".

“CNN” qeyd edir ki, keçən həftədə yayılan videoda aydın görünür ki, motosikletçi meyiti küçədə tərk edərək aradan çıxır.

Əhalisi 3 milyona yaxın olan şəhərin rəhbərliyi “CNN”ə bildirib ki, martın 23-i ilə 30-u arasında müxtəlif ünvanlardan polis 300-dən çox meyit toplayıb.

Ölkə prezidenti Lenin Moreno etiraf edir ki, koronovirusa yoluxanların sayı sürətlə artır, ölənlərin sayı da sürətlə çoxalır.

Mütəxəssislər deyir ki, gələn aylarda təkcə Quayaki şəhərində 2500-3500 arası insanın öləcəyi gözlənilir.

Relatives wait outside of a hospital for information on family members infected with Covid-19 in Guayaquil on April 1.

Hökumət vəziyyətdən çıxmaq üçün şəhərin müxtəlif yerlərinə konteynerlər qoyub. Sakinlərə təklif olunur ki, meyitləri müvəqqəti olaraq həmin konteynerlərə qoysunlar.

Ekvador Cənubi Amerikada yerləşir. 17 milyon əhalisi var. Dünyanın kasıb ölkələrindən biridir.

https://edition.cnn.com/2020/04/03/americas/guayaquil-ecuador-overwhelmed-coronavirus-intl/index.html

Elbəyi Həsənli, Sürix
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi