azia.az
azia.az

Qüdrət Qurbanov İstanbulda 4,5 milyona malikanə alıb? -İnanılmaz iddialar…İDDİA

13-01-2020, 17:33


Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov barədə iddialar səngimir. Lakin agentlik sədri ittihamlar qarşısında susur, münasibət bildirmir və müəmmalar davam edir.
Qüdrət Qurbanov İstanbulda 4,5 milyona malikanə alıb? -İnanılmaz iddialar…İDDİA
Halbuki, Q.Qurbanovun haqqında səslənən iddialara aydınlıq gətirməsi, ən azı mətbuat xidmətinin açıqlama yayması həm obyektivlik baxımından doğru olardı, həm də getdikcə artan ittihamlara, suçlamalara son qoymuş olardı.

Çox güman ki, DDA rəhbəri mətbuatdan oxuduqları qərəz sayır və ətrafına “kim nə yazırsa, yazsın” söyləyir. Amma ona mətbuat xidməti izah etməlidir ki, gündəmdən düşməyin yeganə yol susqunluğa son qoymaqdır.

Reportyor.info xəbər verir ki, sosial mediada və elektron KİV-də Qurbanovun ünvanına olmazın ittihamlar səslənir, ağılasığmaz iddialar irəli sürülür. Onlara inanmamaq istəyirsən, ancaq qurum sədrinin susması şübhələr doğurur.

Bəzi KİV-lərdə və sosial media aktivlərində gedən xəbərlərə görə, onun oğlu Orxan Qurbanov İstanbulda “Tramp Tover” binasından sahəsi 300 kv/m olan bir mərtəbəni 4,5 milyon avroya alıb. Burada o, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla qonşu olub.

İddialardan biri də belədir ki, guya Qüdrət Qurbanov xarici ölkələrin kazinolarında külli-miqdarda pullar uduzur.

Belə ki, Bolqarıstanda 41 min 500 avro, Londonda 19 min funt, Monte Karloda De-Pare kazinosunda 1 milyon dollara yaxın, Çexiyada PUB kazinosunda 25 min avro uduzduğu iddiaları var.

Ancaq dövlət məmuru haqda bu ittihamların nə dərəcədə həqiqət olduğu bilinmir. Dövlət Dəniz Agentliyi rəsmi açıqlama yaymır ki, nə baş verdiyi aydınlaşsın.
Qüdrət Qurbanov İstanbulda 4,5 milyona malikanə alıb? -İnanılmaz iddialar…İDDİA
İddialardan biri isə onun Monte Karloda ofşor şirkəti, sahəsi 2000 kv/m olan villasının olmasıdır. Qüdrət Qurbanovun İranda qudaları ilə birgə qurduğu 40 milyon dollarlıq neft zavodunun olduğu da bildirilir.

Reportyor.info KİV-də yayılmış xəbərlərə istinadən bildirir ki, Qüdrət Qurbanov və əlaltıları Agentliyi bazara çevirib.

Burada dənizçilər üçün sertifikat və sürücülük vəsiqəsi əvvəllər 3-5 min manata satılırdısa, indi bu qiymət 10 min manata qalxıb.

Hətta burada ağır şəraitdə çalışan dənizçilərə verilən cüzi maaşları da müxtəlif yollarla onların əlindən alır. Belə ki, dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır.

Əslində, bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir.

Administrasiya rəhbərliyi sertifikatları dənizçilərə 120-150 min manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.

Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin verdiyi məlumata görə, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır.

Üstəlik, bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır. Şikayətçilər deyir ki, artıq dənizçilər bu özbaşınalıqlardan bezib.

Ona qarşı çıxış edənlərdən biri tanınmış hüquqşünas Əyyub Kərim olub. Hüquqşünas bildirib ki, Qüdrət Qurbanov onun müdafiə etdiyi gəmini qanunsuz yollarla ələ keçirib.

Əyyub Kərimin sözlərinə görə, Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb:

“Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb.

“Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb.

Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib.

Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb.

Amma “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış “Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb.

Digər tərəfdən, “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir.

Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil?

Bir sözlə, iddialar çoxdur, hətta adı sabiq MTN şefi Eldar Mahmudovla çəkilir. Lakin Qurbanov danışmır. Hər halda biz DDA-nın və hörmətli Q.Qurbanovun mövqeyini dərc etməyə hazırıq. istinad olunan mənbə bu linkdir:My Webpage

REPORTYOR.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi