azia.az
azia.az

Dəyişilməz revanşizm, islahatlara maneə: Daha beş ilə uzanan İmamaverdi İsmayılov KONFLİKTİ...

30-01-2020, 20:51

Dəyişilməz revanşizm, islahatlara maneə: Daha beş ilə uzanan İmamaverdi İsmayılov KONFLİKTİ...
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə YAP öz favorit və dəyişilməz namizədini elan etdi.
İxa.az bildirir ki, deputat "seçiləcəyi" şübhə doğurmayan İmamverdi İsmayılovun növbəti dəfə bu dairədən namizəd olması Azərbaycan üçün olduqca mühüm olan belə bir situasiyada bir çox suallar yaradır.
Dövlət başçısı bütün sahələrdə islahatlara start verib; ölkənin bütün sosial-iqtisadi, siyasi həyatını əhatə edən dərin, köklü islahatlar kursu "özünü buraxan" parlamentdən yan keçdimi? Xeyr! Bəs nə baş verir? Uzun illər zəngilanlıların problemlərinin həllində zərrə qədər həlledici vintilə çevrilməyi bacarmayan İ.İsmayılova növbəti etimad nəyin göstəricisidir? İ.İsmayılovu YAP üçün keçilməz edən nədir? Yaxud hakim partiya narazılıqların daha çox olduğu məcburi köçkün rayonunun deputatını niyə dəyişmək istəmir? Daha gənc, intellektual, cibi ilə deyil, başı ilə düşünməyi bacaran şəxslər nə üçün bu dairədən namizəd göstərilmədi? Əvvəla, qeyd edək ki, İ.İsmayılov oliqarx-deputat statusunu almış bir şəxsdir, halbuki, o, indiyə qədər seçkilər zamanı gəlir deklorasiyasını təqdim etməyib.
Hesab edirik ki, millətin vəkili olmağa iddialı şəxs millətdən öz gəlirlərini, mülklərini gizlədə bilməz. Şübhəsiz ki, İ.İsmayılov bu dəfə də deklorasiya təqdim etməyəcək, yəni ölkə qanunlarını heçə sayacaq, deputat nişanının qanuni deyil, fərdi təyinat olduğunu təsdiqləmiş olacaq. Təkcə bu amil bəs edirdi ki, hakim partiya İ.İsmayılova "qırmızı kart" göstərsin, ölkə Prezidentinin islahatlar kursuna dəstək nümayiş etdirsin. Amma olmadı. Söhbət milyonların, onlarla, yüzlərlə ticarət obyektlərinin, mülklərin, biznes sahələrinin deklorasiyasından gedir. Bu, birinci STOP! İkincisi, Milli Məclisin deputatlarının islahatlara uyğunlaşmaq üçün özlərini buraxmasına, növbədənkənar parlament seçkilərinin keçirilməsinə səs verənlərdən biri də İ.İsmayılov idi. Bəzi deputatlar "biz islahatlara layiq olmalıyıq" açıqlaması verməklə, öz yararsızlıqlarını təsdiqləmiş oldular. Eləcə də İ.İsmayılov! Oturduğu masada düyməni basıb "özünü buraxan"lardan biri də O oldu... Əslində bu o demək idi ki, yeni parlament formalaşdırın, biz layiq olmadıq, aparılan islahatlara uyğunlaşa bilmirik.
Bəs bu, nə məntiqdir? Özünün uzun illərki deputatlıq fəaliyyətinin əleyhinə səs verib "özünü buraxan" bir adam islahatlarla layiq olmaq üçün bundan sonra sehrbazlıqmı edəcək? Bəlkə özünü "buraxıb tutduqca" qabiliyyət, savad, millilik daha da artmış olur? Kim aldadırıq, cənab İsmayılov!? Bu, öz qapısına qol vuran futbolçunun növbəti dəfə qapı ağzında avtoqola hazır duruşudur. Siyasi həyatımızın, parlamentimizin Tərlan Əhmədovu: İmamverdi müəllim! Heç olmasa, bundan sonra məcburi köçkünlərin qapısına qol vurmayın. Bu, ikinci STOP!Dəyişilməz revanşizm, islahatlara maneə: Daha beş ilə uzanan İmamaverdi İsmayılov KONFLİKTİ...
Üçünücüsü, 61 yaşlı "lal" İ.İsmayılovla parlamentdə aparılan islahatlara "qurban" gedən 85 yaşlı Ağacan Abıyev arasında nə fərq var!? Yaxud illərlə bu dövlətdən deputat maaşı alan, amma insanlara arxa çevirib ABŞ-da yaşayan, seçiciləri üçün Nuh peyğəmbər qədər əlçatmaz olan Zeynəb Xanlarova ilə İ.İsmayılov arasında bir fərq varmı? Bəs Gülər Əhmədova ilə necə? "Darmadurux" addımlarına görə həbs həyatı yaşayan G.Əhmədova ilə onun "lal, kar, kor" dublikatı İ.İsmayılov arasında fərq görən varmı? Masazırda, zəngilan qaçqınlarının yaşadığı ərazidə İ.İsmayılova məxsus böyük ferma kimə göz dağıdır? Bütün xatirələrini Zəngilanda itirən günahsız məcburi köçkünlərdən öz fermasına "qoyun qığı daşımaq" üçün işə adam götürən bir deputatla "Viaqra "dan ölən bir deputat arasında nə fərq var?
Bu, üçüncü STOP! Dördüncüsü, ölkə dəyişir, dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi üçün mühüm addımlar atır, dərin islahatlar aparılır, Cənab İsmayılov, daha bəs idi, sən də getməli idin... Müqəddəs İkona deyilsən, zəngilanlıların problemlərini də həll etmirsən, vitrində deputat görünmək heç yaxşı hal deyil. Sən ölkə, elə hakim partiya üçün də əvəzedilmız adam deyilsən. Amma nə baş verdi, özünün bəyənməyib ,buraxdığın parlamentdə deputat olmaq üçün siyahlya necə düşdün!?.., bu haqda isə növbəti yazıda... İstinad olunan mənbə bu linkdir:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi