azia.az
azia.az

Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib

21-12-2019, 12:28

Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib
“AZia.az” xəbər verir ki, bu barədə məlumatı Xalq rəssamı Ömər Eldarov BakuPost-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub: “Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”.
Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq: “Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bu Koroğlunun əvvəlki heykəlindən fərqli olaraq, arxitekturadır, sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq. Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi