azia.az
azia.az

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyaçeslav Fetisovu qəbul etdi

25-06-2019, 09:11


Görüşdə bir çox məsələlər müzakirə edildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyaçeslav Fetisovu qəbul etdi
İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə ölkəmizdə səfərdə olan BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov arasında görüş olub.

Görüşdə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf məsələləri, bununla əlaqədar yerli və regional səviyyədə görülən işlər və irəli sürülən təşəbbüslər, xüsusən də Xəzər dənizinin bioloji resurslarının mühafizəsinə yönəlmiş səylər müzakirə edilib.

Leyla Əliyeva IDEA-nın son illər əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.

Tərəflər, həmçinin ətraf mühit və davamlı inkişaf məsələləri üzrə BMT-nin xoşməramlı səfirləri qismində həyata keçirdikləri fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi