azia.az
azia.az

İran Azərbaycana kartof, soğan ixracına qadağa qoydu

1-04-2019, 09:11

İran Azərbaycana kartof, soğan ixracına qadağa qoydu
İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib. “Trend”in məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.
A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.
Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi