azia.az
azia.az

ABŞ Əfqanıstanda nə qədər pul xərcləyib? - Statistika

1-09-2021, 09:11


11 sentyabr hadisələrinin ardından Əfqanıstana daxil olan ABŞ Ordusu təxminən 20 il sonra bu ölkəni tərk edib.
ABŞ Əfqanıstanda nə qədər pul xərcləyib? - Statistika
Xəbər verilir ki, 20 il ərzində Əfqanıstanda ABŞ ordusunun 2461 hərbi qulluqçusu həlak olub.

Qeyd olunur ki, bu müddət ərzində Əfqanıstanda on minlərlə amerikalı hərbi qulluqçu yaralanıb. 20 illik missiya ərzində Əfqanıstanda 800 mindən çox Amerika hərbçisi və 25 min mülki vətəndaş xidmət edib.

“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ almasından sonra ABŞ bu ölkədən 123 mindən çox insanı təxliyyə edib.

ABŞ-ın son 20 ildə Əfqanıstan müharibəsinə 2 trilyon dollardan çox vəsait xərclədiyi bildirilir."Azsiyaset"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi