azia.az
azia.az

Buğda ununun dövlət standartı təsdiq edilib

15-07-2021, 20:46


Buğda ununun dövlət standartı təsdiq edilib
Çörəkbişirmə sənayesində yüksək keyfiyyət səviyyəsinin müəyyənləşməsinə və istehlakçıların çörək məmulatlarına dair tələb və gözləntilərinin təmin edilməsinə kömək göstərəcəkAZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Yeni standartın tətbiqi ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının artırılmasına xidmət edəcək.
Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin AzərbaycanStandartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.
Qeyd edək ki, standart layihəsinin müzakirəsində Kənd Təsərrufatı,Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu.Texnikişərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri,beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi