azia.az
azia.az

SON DƏQİQƏ: “Ermənistan Azərbaycanın Xəzərdəki limanlarından istifadə edə bilər”

11-06-2021, 17:30


“Azərbaycanın Xəzər dənizindəki limanlarından Ermənistanın istifadə etmək imkanı yarana bilər”.
SON DƏQİQƏ: “Ermənistan Azərbaycanın Xəzərdəki limanlarından istifadə edə bilər”
Azia.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukdur. Onun sözlərinə görə, üçtərəfli işçi qrupu çərçivəsində bölgənin blokadadan çıxarılması istiqamətində müzakirələr aparılır. Bu problemin həllində açar rolunu Ermənistanın blokadadan çıxması oynayır:

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin bərpasına da baxılır. Eyni zamanda, Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə nəqliyyatın bərpası müzakirə olunur. Bundan əlavə, Ermənistanın Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməklə mallarını Orta Asiya ölkələrinə və ya əksinə daşıması üçün imkanı yarana bilər” – deyə Overçuk vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi