azia.az
azia.az

Deputat büdcə xərclərində aşkarlanan nöqsanlardan danışdı (VİDEO)

29-04-2020, 12:49


Ötən il Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib. Bunun nəticəsi olaraq, 11 milyon manata yaxın vəsait dövlət büdcəsinə qaytarılıb. Əsas pozuntular isə büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları ilə bağlıdır.
Deputat büdcə xərclərində aşkarlanan nöqsanlardan danışdı (VİDEO)
Ekspertlərin fikrincə, dövlət büdcəsinin xərclərində aşkarlanan pozuntular, əslində, büdcə planlaşdırıldığı zaman rəqəmlərin şişirdilməsi hesabına baş verir. Müəyyən strukturlar bəzən yeni büdcə formalaşdırmaq, ehtiyacları düzgün hesablamaq əvəzinə, keçmiş büdcəni 15-20 faiz artıraraq təqdim edir ki, növbəti il üçün əlavə vəsait ala bilsin. Yaxud yuxarı təşkilatlar təqdim edilən hesabatı azaldanda, heç olmasa müəyyən məbləğ qorunub saxlansın.
Yol verilən ciddi nöqsanlardan biri də tender vasitəsilə satınalmalarda müşahidə olunur. Əbəs yerə deyil ki, Hesablama Palatasının təhlillərində də müsabiqəsiz dövlət satınalmaları rəqabətli satınalmaları xeyli üstələyir. Həmçinin 75 milyon manat məbləğində səmərəsiz xərclər müəyyən edilib.

Beynəlxalq təcrübədə büdcə xərclərində şəffaflığa daha çox ictimai nəzarət vasitəsilə nail olunur. Ölkəmizdə bu sahəyə dövlətlə yanaşı, ictimaiyyətin nəzarəti olarsa, çox böyük vəsaitlərə qənaət edilə və pullar daha vacib istiqamətlərə xərclənə bilər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi