azia.az
azia.az

Britaniya qonşumuzda neft emalı zavodu tikir?

11-12-2019, 10:59


Böyük Britaniyanın “Evolve Trading and Investment” şirkəti dünyada müxtəlif layihələr həyata keçirən “SAVM-SABA Group LP” kampaniyası ilə birgə əməkdaşlıq çərçivəsində Gürcüstanda neft emalı zavodu (NEZ) tikmək niyyətindədir.
Britaniya qonşumuzda neft emalı zavodu tikir?
Axar.az xəbər verir ki, zavod yerli və xarici neft şirkətlərinə xidmət edəcək beynəlxalq hab olacaq. Zavodda az kükürdlü mazutun istehsalı planlaşdırılır.

Bildirilir ki, 2020-ci il yanvarın 1-dən etibarən bütün okean və dəniz sularında, həmçinin qapalı su hövzələrində üzən bütün iritutumlu gəmi, motorlu qayıq və katerlərin yalnız az kükürdlü mazut yanacağı ilə işləyəcək. Həmin tarixdən dəniz nəqliyyatında digər yanacaq növlərindən istifadə qadağan ediləcək.

Bununla əlaqədar yayılan məlumatda deyilir ki, Qara dəniz regionunda Gürcüstanda belə bir zavodun inşası rəsmi Tiflisin iqlim dəyişikliyi ilə bağlı Paris sazişinə sadiqliyini dünyaya sübut edəcək.

Zavod fəaliyyətə başladıqdan sonra sutkada orta hesabla 30 min ton barrel neft emal edəcək. Tələbat artdıqca zavodun istehsal gücü də artırıla bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi