azia.az
azia.az

Qəbələdə yol infrastrukturunun inkişafı getdikcə daha böyük vüsətlə davam edir

27-10-2019, 16:17


Naməddin Qədirovun rəhbərlik etdiyi Qəbələ 11 saylı Yol İstismar İdarəsi rayonda 84 km respublika əhəmiyyətli və 234 km yerli əhəmiyyətli yola yüksək səviyyədə xidmət göstərir
Qəbələdə yol infrastrukturunun inkişafı getdikcə daha böyük vüsətlə davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən deyib: “Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir.”
Qəbələdə yol infrastrukturunun inkişafı getdikcə daha böyük vüsətlə davam edir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – dövlət tapşırıqları

uğurla icra olunur

Həqiqətən də Bu gün paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün regionlarında yol infrastrukturunun yenudən qurulması, yeni yol qovşaqlarının, körpülərin salınması istiqamətində görülən işlər özünün yüksək dinamikası ilə diqqəti cəlb edir. Bu məqsədlər üçün Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər bu sahədə həqiqətən də böyük layihələrin reallaşdırılmasını təmin edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan minlərlə müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, onlarla asfalt beton zavod işə salınmışdır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) və qurumun çoxsaylı yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır. İlin sonuna qədər isə çəkilmiş yolların ümumi uzunluğu artıq 1122 kilometr olacaq. Bu barədə AAYDA-nin idarə heyətinin sədri Saleh Məmmədov oktyabrın 17-də dövlət başçısının qəbulunda olarkən, etdiyi məruzəsində məlumat verib.
Qəbələdə yol infrastrukturunun inkişafı getdikcə daha böyük vüsətlə davam edir
Dediyimiz kimi, bu gün Agentliklə yanaşı qurumun tabeliyində olan çoxsaylı yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. O cümlədən, effektiv işi və yüksək göstəriciləri ilə seçilən müəssisələrdən biri də Qəbələ ryonunda fəaliyyət göstərən11 saylı Yol İstismar İdarəsidir.
Qəbələdə yol infrastrukturunun inkişafı getdikcə daha böyük vüsətlə davam edir


Qəbələdə yol infrastrukturu əsaslı şəkildə yenilənir

Deyə bilərik ki, Naməddin Qədirovun rəhbərlik etdiyi Qəbələ 11 saylı Yol İstismar İdarəsi yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramlarının uğurla həyata keçirilməsi baxımından kifayət qədər səmərəli fəaliyyət göstərir. O cümlədən, rayonda bu yaxınlarda yekunlaşmış 37 km uzunluğa malik 2 avtomobil yolunun yenidən qurulması işləri də dediklərimizin əyani isbatıdır. Belə ki, Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx, həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. IV texniki dərəcəyə aid edilən bu yollar uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdi. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olurdu. Bu və bir çox digər qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların hazırda hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.



Görülən işlər sayəsində 18 min insanımızın rahatlığı və

yüksək rifahı təmin edilib
Qəbələdə yol infrastrukturunun inkişafı getdikcə daha böyük vüsətlə davam edir
Qəbələdə aparılan bu işlər çərçivəsində həmçinin yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, mövcud suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 1.9 km uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib. Zəruri olan yerlərdə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yollar boyu yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb. Qeyd edək ki, 19 km uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini və 18 km uzunluğa malik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir. Yolların tikintisi başa çatdıqdan sonra respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla 19 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlib, 18 mindən artıq əhalinin gediş-gəlişi rahat və təhlükəsiz olub, yük və sərnişin daşımaları asanlaşıb. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına, vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olur.



Əminliklə demək olar ki, Naməddin Qədirovun rəhbərlik etdiyi Qəbələ 11 saylı Yol İstismar İdarəsinin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcək və bu sahədə əldə olunan nailiyyətlərdə onların da öz payları olmasından hər zaman qürur duyacaqlar.

Həsən


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi