azia.az
azia.az

SOCAR İran neftinin idxalından imtina edir

7-06-2019, 09:09


Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.
SOCAR İran neftinin idxalından imtina edir
Azia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkey Energy”nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

“SOCAR Turkey Energy”nin rəhbərinin sözlərinə görə, bu günə qədər “Star” neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

“İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə “Star” neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi