azia.az
azia.az

Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib

22-05-2019, 15:12



Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə üzrə Beynəlxalq Kubok yarışına yekun vurulub
Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib
May ayının 17-19-u tarixlərində Dənizkənarı Bulvar, İçəri Şəhər, Qubanın Amsar və Xaçmazın Nabran meşə zolaqlarında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə VI Beynəlxalq Kubok yarışı keçirilib. Yarışda Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, İsveç, Çexiya, Rumıniya, Honq Konq, Yeni Zelandiya və Litvadan 40-a yaxın idmançı olmaqla ümumilikdə 220 idmançı yarışda iştirak edib. Üç gün davam edən yarışda idmançılar sprint, orta və uzun məsafə üzrə qüvvələrini sınayıblar.
Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib
Bakıda baş tutan sprint məsafəsi üzrə yarışda M21E kateqoriyasında Türkiyəli idmançı Aziz Kızıltaş qızıl medala sahib olub. Çexiyanın Rumpal komandasının idmançısı ikinci, Azəərbaycan milli komandasının idmançısı Süıeyman Əliyev isə üçüncü olub. Qadınlar arasında elit kateqoriyada isə Çexiyalı idmançı Eva Kabateva fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Türkiyə milli komandasının idmançısı Özlem Zirək və çexiyalı digər idmançı Tereza Bialozitova isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib
Quba və Xaçmazda baş tutan orta və uzun məsafələr üzrə yarışların cəmində M21E kateqoriyasında Çexiyalı idmançılar Jan Flasar və Jiri Valenta qızıl və gümüş medalları qazanıblar. Litviyalı idmançı Audrius Smilgius isə bürünc medalla kifayətlənib. Qadınlar arasında Eva Kabateva bu dəfə də rəqiblərinə heç bir şans verməyərək qızıl medal qazanıb. Azərbaycan milli komandasının üzvü Sevda Verdiyeva ikinci, çexiyalı idmançı Tereza Bialozitova isə üçüncü olub.

Komanda nəticələrinə gəldikdə isə Çexiyanın Rumpal İdman Klubu yarışın kubokuna sahib olub. Türkiyyə Milli Komandası ikinci, Azərbaycanın Dağçılıq İdman Klubunun komandası isə üçüncü olub.
Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib
Qalib gələn idmançılara medal, diplom və hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikası Səmti Müəyyənetmə

Federasiyasının mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi