azia.az
azia.az

"Liverpul" - "Barselona" matçında 4 qol - İlk finalçı məlum oldu

8-05-2019, 01:05

"Liverpul" - "Barselona" matçında 4 qol - İlk finalçı məlum oldu
Çempionlar Liqasında yarımfinal matçının cavab oyununda "Liverpul" klubu ilə "Barselona" klubu qarşı-qarşıya gəlir.
Azia.az-n məlumatına görə, oyun "Liverpul"un böyük üstünlüyü ilə davam edir. İlk oyunda 3-0 uduzan "Liverpul" öz sahəsində İspaniya təmsilçisi "Barselona"nı qəbul edir. Rövanş matçında İngilis təmsilçiləri 3-0 üstünlük əldə etməyi bacarıblar.

Hazırda oyunun 64-cü dəqiqəsidir və "Liverpul" 3-0 üstünlüyü saxlayaraq ümumi hesabı bərabərləşdirib.

Oyunun növbəti dəqiqələrində daha bir qol vurulub. "Liverpul" futbolçusu Divork Origi oyunda özünün ikinci, komandasının isə 4-cü topunu rəqib komandanın qapısından keçirib.

Qarşılaşmada başqa qol vurulmayıb. "Liverpul" "Barsa" qarşısında 4-0 üstünlüklə oyunu tamamlayıb. Beləliklə də ingilis təmsilçilər ümumi hesabda 4-3 hesabı ilə üstünlük qazanaraq finala yüksəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi