azia.az
azia.az

Messi “Barselona"da 600-cü qolunu vurub

2-05-2019, 07:56


“Barselona" klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.
Messi “Barselona"da 600-cü qolunu vurub
"Report" xəbər verir ki, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində “Albasete"nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi