azia.az
azia.az

Çempionlar Liqasında yarımfinal mərhələsinə İngiltərədə start veriləcək- AFİŞA

30-04-2019, 08:11


Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk qarşılaşma İngiltərənin paytaxtı Londonda olacaq. "Tottenhem" doğma meydanda Hollandiya "Ayaks"ının müqavimətini qırmağa çalışacaq.
Çempionlar Liqasında yarımfinal mərhələsinə İngiltərədə start veriləcək- AFİŞA
Londonlular 1/4 finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti"ni, "Ayaks" isə İtaliyanın "Yuventus" kollektivini mübarizədən kənarlaşdırıb.

Meydan sahibləri bu görüşdə bəzi aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Serj Orye, Mussa Sissoko və Harri Keyn zədə səbəbindən meydana çıxmayacaq. Son Xın Mın isə cəzalı olduğu üçün bu matçı buraxacaq. Harri Vinks və Erik Lamelanın isə durumuna oyun vaxtı aydınlıq gələcək.

Qonaqlarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.

Qeyd edək ki, yarımfinalın digər oyunu mayın 1-də keçiriləcək. "Barselona" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya)
Baş hakim: Antonio Mateo Laos (İspaniya)

London. “Tottenhem” stadionu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi