azia.az
azia.az

Azərbaycanda bəzi ali məktəblərdə dərslər dayandırılıb

26-04-2019, 12:29

Azərbaycanda bəzi ali məktəblərdə dərslər dayandırılıb
“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.ONA-nın xəbərinə görə, bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.Hər 3 ali məktəbin mətbuat xidmətlərindən ONA-ya verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.
Universitetlərin qalan korpuslarında isə tədris davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi