azia.az
azia.az

Çempionlar Liqasında sonuncu yarımfinalçılar müəyyənləşəcək

17-04-2019, 09:41


Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, mərhələnin daha iki oyunundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək. Qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutacaq.
Çempionlar Liqasında sonuncu yarımfinalçılar müəyyənləşəcək
Günün ən maraqla gözlənilən görüşündə iki İngiltərə təmsilçisi üz-üzə gələcək. Londondakı matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Şəhərlilər" yarımfinala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.

İngiltərənin daha bir təmsilçisi "Liverpul" isə "Portu"nun qonağı olacaq. Çempionlar Liqasının son finalçısı ilk matçda 2:0 hesablı qələbə qazanmaqla əlavə üstünlük əldə edib. "Portu"nun isə cavab matçında bunun əvəzini çıxa biləcəyi o qədər də inandırıcı deyil.

Qeyd edək ki, bundan əvvəl "Ayaks" (Hollandiya) "Yuventus"u (İtaliya), "Barselona" (İspaniya) "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.

Çempionlar Liqası
1/4 final
Cavab oyunları

17 aprel
23.00 Mançester Siti (İngiltərə) - Tottenhem (İngiltərə)
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Mançester. "Ettihad Stadium”.

23.00 Portu (Portuqaliya) - Liverpul (İngiltərə)
Baş hakim: Danni Makkeli (Hollandiya).
Portu. "Estadio do Dragao".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi