azia.az
azia.az

Qrizmann karyerasını "Barselona"da davam etdirmək niyyətindədir

20-03-2019, 08:42

Qrizmann karyerasını "Barselona"da davam etdirmək niyyətindədir
İspaniyanın "Atletiko" klubunun fransalı hücumçusu Antuan Qrizmann komandasını tərk etmək istəyir. "Report" "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, futbolçu karyerasını "Barselona"da davam etdirmək niyyətindədir, onun nümayəndələri artıq danışıqlara başlayıb.Bununla yanaşı, "Marca" qəzetinin yazdığına görə, Kataloniya komandası hazırda Qrizmanla ötən ilin yayında olduğu kimi ciddi maraqlanmır. Lakin həmin vaxt forvard "Atletiko" ilə yeni müqavilə imzalamışdı. Lakin indi, nəşrin məlumatına görə, futbolçu bu addımına peşmandır. Qrizmanın 2014-cü ildə çıxış etdiyi Madrid klubu ilə mövcud müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub.
Fransalı forvard cari mövsümdə İspaniya çempionatında 28 oyunda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi