azia.az
azia.az

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar

5-02-2019, 16:49

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar
Azia.az xəbər verir ki,Fevralın 1-2-də Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilib.

Qadınlar arasında şəxsi yarışlarda stolüstü tennisçimiz Mehriban Dadaşova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər stolüstü tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanıb.

Oğlanlar arasında şəxsi yarışlarda Xaliq Becanov gümüş, Hacımurad Məmmədbəyov isə bürünc medala sahib olublar.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi