azia.az
azia.az

“Azadlıq aşiqləri günü-20 Yanvar”Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

15-01-2019, 00:28

“Azadlıq aşiqləri günü-20 Yanvar”Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı iləazadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlığıbir dahaunutdurmamaq məqsədi ilə “Azadlıq aşiqləri günü-20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 17 yanvar 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Müsabiqədə 400-ə yaxın uşaq, 700-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər işi sərgilənəcək.
Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı,Lənkəran,Sumqayıt, Quba, Qax,bölgələrin məktəbliləri, o cümlədən 1 Nömrəlı Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyası, 2 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 5 Nömrəli Uşaq İncəsənət Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi