azia.az
azia.az

Mahir Emreli ən pis futbolçular siyahısında

20-10-2021, 15:48

Mahir Emreli ən pis futbolçular siyahısında
Polşa Ekstraklasasında XI turunun ən pis oyunçularından ibarət “11-liy”i tərtib olunub.

Azia.az Offsideplus.az-ın məlumatına istinadən xəbər verir ki, heyəti "Weszlo" nəşri hazırlayıb.

"11-lik"də "Legiya"da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli də yer alıb.

Nəşr Emrelinin Ekstraklasada yaxşı çıxış etmədiyini də bildirib:

"20 oyunda 10 qol və 1 məhsuldar ötürmə ideal göstərici hesab olunsa da, çempionatdakı 8 matçda sadəcə 2 qol orta nəticədir. Təbii ki, Emreli liqa oyunlarında sonadək meydanda olmur. Amma ortadakı fərq yenə də hiss olunur. Ümumi olaraq, hər 109 dəqiqədə 1 qol, Ekstraklasada isə hər 190 dəqiqədə 1 qol vura bilir".

Nəzərinizə çatdıraq ki, 24 yaşlı hücumçu cari turda "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşə start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

Mahir Emreli ən pis futbolçular siyahısında


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi