azia.az
azia.az

Çempionlar Liqası: "Beşiktaş" "Sportinq"i, "Atletiko" "Liverpul"u qəbul edəcək

19-10-2021, 08:44

Çempionlar Liqası: "Beşiktaş" "Sportinq"i, "Atletiko" "Liverpul"u qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A qrupunda İngiltərənin "Mançester Siti" klubu Belçikada "Brügge"nin qonağı olacaq. PSJ isə Fransada Almaniya "Leyptsiq"ini sınağa çəkəcək.

Gecənin ən maraqlı matçlarından biri B qrupunda olacaq. İngiltərə "Liverpul"u İspaniyada "Atletiko" (Madrid) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda İtaliya "Milan"ı Portuqaliyada "Portu" ilə qarşılaşacaq.

C qrupunda "Beşiktaş" Türkiyədə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək. Digər qarşılaşmada Niderland "Ayaks"ı evdə Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq.

D qrupunda turnirin sürpriz komandası olan Moldova "Şerif"i İtaliyada "İnter"lə qüvvəsini sınayacaq. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi 6 xalla qrupa başçılıq edir. Digər oyunda isə İspaniya "Real Madrid"i Ukraynada Donetsk "Şaxtyor"unun müqavimətini qırmağa çalışacaq.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə)

23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya)

Xal durumu: PSJ - 4, "Brügge" - 4, "Mançester Siti" - 3, "Leyptsiq" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Milan" (İtaliya)

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 6, "Atletiko" - 4, "Portu" - 1, "Milan" - 0

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Ayaks" - 6, "Borussiya" - 6, "Beşiktaş" - 0, "Sportinq" - 0

D qrupu

23:00. "İnter" (İtaliya) - "Şerif" (Moldova)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 3, "İnter" - 1, "Şaxtyor" - 1

Qeyd edək ki, III turun digər 8 qarşılaşması oktyabrın 20-də gerçəkləşəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi