azia.az
azia.az

Məşhur nəşr Lionel Messini tənqid etdi

21-09-2021, 11:27

Məşhur nəşr Lionel Messini tənqid etdi
Fransanın məşhur "Le Parisien" nəşri PSJ-nin ulduz futbolçusu Lionel Messini Liqa 1-in VI turunda "Lion"la oyundakı çıxışına görə tənqid edib.

AzxeberSport xəbər verir ki, nəşr 34 yaşlı hücumçunun meydanda gəzişdiyini yazıb.

Yazıda həmçinin argentinalı oyunçunun Parisdə çox qalmasının gözləniləndən daha çətin olacağı da vurğulanıb: "Messi saralıb-solur. Başını aşağı endirib meydanda gəzir. Artıq oyuna təsir edə bilmir".

Qeyd edək ki, görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənib. Əvəzlənməsindən narazı qalan forvard baş məşqçi Maurisio Poçettinonun əlini sıxmaqdan imtina edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi