azia.az
azia.az

"Belə oyunlarda motivasiyaya ehtiyac yoxdur" - Qurban Qurbanov

11-09-2021, 15:13

"Belə oyunlarda motivasiyaya ehtiyac yoxdur" - Qurban Qurbanov
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandanın vəziyyəti və "Neftçi" ilə çempionat oyununa hazırlıqla bağlı Fanat.Az-a danışıb.

Ötən gün aldığımız müsahibəni diqqətinizə çatdırırıq:

- Bildiyiniz kimi, futbolçularımız millinin düşərgəsində idi. Elə bu gün (red. dünən) deməy olar ki, hamı bir yerə yığışıb. Hazırlıq prosesində əlavə bir şey etməmişik. Heyətimizdə futbolçuların sayı az idi. Çalışdıq ki, onların idman formasını qoruyub saxlayaq. Buna görə araya "Zirə" ilə yoldaşlıq görüşü saldıq. Bu həftədən yenidən məşqlərə başlayırıq. "Neftçi" ilə oyuna hazırlaşmağa iki günümüz var. Ümid edirəm ki, bu iki gün bizə bəs edəcək.

- Millidən qayıdan futbolçularda yorğunluq varmı?
- Bəli, millidən qayıdan futbolçularda hiss olunur. 5-6 gün ərzində 3 oyun oynadılar. Bu da asan deyil. Yorğunluq var, amma çalışırıq ki, futbolçuları oyuna qədər yaxşı vəziyyətə gətirək. Maksim Medvedevin durumuna gəlincə isə, deməzdim ki, pisdir. Amma tam da yaxşı deyil. Fərdi qaydada məşq edirdi. Bu gün (red. dünən) komandaya qoşulacaq. Həm komanda ilə, həm də komandadan kənar məşqlərini davam etdirəcək. Düşünürəm ki, oyuna qədər normal duruma düşəcək.

- Həm ölkə çempionatı, həm də avrokubok oyunlarına görə komandanı çətin qrafik gözləyir. Komanda buna hazırdır?
- Düşünürəm ki, hazırdır. Bəzən futbolçuların sayının az olması məni narahat edir. Belə sıx qrafikdə müəyyən rotasiyalara əl atmalı oluruq. Amma ümumilikdə illərdir biz bu yolu keçmişik. Problemimiz olan günlər də olub, heyətimizin geniş olduğu vaxtlar da. Bunları nəzərə alaraq çalışırıq ki, qarşıdan gələn oyunları düzgün götür-qoy edib, kimə nə zaman istirahət verib, kimin nə zaman tam oynatmağı məşqçilər korpusu ilə müzakirə edirik. Biz qrupa düşmüşüksə, əlimizdə 11-13 futbolçu olsa belə, hazırıq və hazır da olmalıyıq.

- Çempionatın bütün oyunlarına diqqətlə yanaşırsız, sadəcə ötən mövsüm"Neftçi" ilə oyun göstərdi ki, çempionluq yarışında nəticə baxımından əhəmiyyət kəsb edir. Komandanın motivasiyası baxımından bu məqamı nəzərə alacaqsınızmı?
- Məncə, belə oyunlarda motivasiyaya ehtiyac yoxdur. Əlbəttə ki, bəzi əlavə detalları futbolçularımıza deyirik. Həm "Neftçi" bizim üçün, həm də biz onlar üçün mütləq ilk konkurentlərdənik. Belə oyunlara hər bir futbolçu matça xüsusi olaraq yanaşır. Amma biz yenə də öz düşündüyümüz oyunu oynamağa, yolumuzu doğru davam etməyə çalışacağıq.

- Bir neçə mövsüm sonra heyət xeyli dəyişdi. legioner futbolçular komandaya cəlb olundu. Ümumi transferlərə nəzər salsaq, necə düşünürsünüz, bu mövsüm istədiyiniz kimi heyət qura bildiniz?
- Hazırda əlimdə olan futbolçulardan razıyam. Onların bacarığından, işə yanaşmasından, istəyindən razıyam. Amma planımızda bir neçə futbolçu var idi ki, onları komandamıza cəlb etmək istəyirdik. Sadəcə alınmadı. İnanıram ki, yaxın gələcəkdə onları da heyətə qata bilsək, daha yaxşı komanda düzəltmək olar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında III turunun "Neftçi" - "Qarabağ" oyunu 12 sentyabr tarixində saat 20:30-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi