azia.az
azia.az

"Real"dan çılğın transfer planı: 3 ulduz futbolçu alır

3-09-2021, 11:50

"Real"dan çılğın transfer planı: 3 ulduz futbolçu alır
İspaniyanın "Real Madrid" klubu heyətini üç ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Azia.az “Marca”ya istinadən xəbər verir ki "Kral klubu"nun rəhbərliyi FransanIN PSJ klubunun hücumçusu Killian Mbappeni, Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Holannı və İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq istəyir.

Poqba və Mbappe hazırkı klubları ilə yeni müqavilələr haqqında razılaşmasalar, 2022-ci ilin yayında azad agent olacaqlar. Mbappenin Paris klubu ilə yeni müqavilə imzalamamaq qərarını verdiyi deyilir.
Holannın "Borussiya" ilə müqaviləsi isə 2024-cü ilin yayında bitəcək.
Nəzərinizə çatdıraq ki, "Transfermarkt” portalında Holannın transfer qiyməti 130 milyon, Mbappenin qiyməti 160 milyon və Poqbanın satış qiyməti 60 milyon avro qeyd olunub.
TƏQLƏR: transferlər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi