azia.az
azia.az

Koronavirus testi pozitiv çıxan paralimpiyaçımız: "Komandada özünü ən yaxşı hiss edən mənəm"

22-08-2021, 14:30

Koronavirus testi pozitiv çıxan paralimpiyaçımız: "Komandada özünü ən yaxşı hiss edən mənəm"
Tokioda keçirilən paralimpiya oyunlarına qatılmaq üçün Yaponiyaya yollanan və yarışlar öncəsi koronavirus testi pozitiv çıxan paracüdoçumuz Ramil Qasımov danışıb.

Azia.az-ın bölgə müxbirinə səhəti ilə bağlı danışan R. Qasımov deyib ki, özünü yaxşı hiss edir və təşkilat komitəsinə yenidən test vermək üçün müraciət edib.

"Hazırda özümü yaxşı hiss edirəm. Açığı komanda da özünü ən yaxşı hiss edənlərdən biri mənəm. Düzdür testin cavabı pozitiv çıxıb və mən karantində olsam da hərarətim və ya digər xoşa gəlməz hallar yoxdur. Qısası çox yaxşıyam. Tələb etmişəm ki, məndən daha bir test götürülsün"- deyə R. Qasımov bildirib.

Xatırladaq ki, Ramil Qasımov 2016-cı ildə Rio de Janeiro da keçirilən paralimpiya oyunlarının qalibidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi