azia.az
azia.az

"Fənərbağça" 6 futbolçusunu göndərib, "Tottenhem"in ulduzunu gətirir!

2-08-2021, 23:14

"Fənərbağça" 6 futbolçusunu göndərib, "Tottenhem"in ulduzunu gətirir!

"Fənərbağça" yeni mövsümdə bir çox futbolçusu ilə vidalaşacaq.

Azia.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Kemal Ademi, Nabil Dirar, Dieqo Perotti, Mame Tiam, Maurisio Lemos ve Zankanın komandadan ayrılacağı gözlənilir.

6 oyunçusunu göndərməyə hazırlaşan Superliqa təmsilçisinin hədəfində ötən mövsümü "Tottenhem"də keçirən Karlos Vinisius var. "Fənərbağça"nın Müqavilə əsasında "Benfika"ya məxsus olan 26 yaşlı hücumçu üçün hərəkətə keçdiyi bildirilir.

Vinisiusla Braziliyanın "Qremio" klubu maraqlansa da 140 min avroluq maaş səbəbindən futbolçunun icarəsi baş tutmamışdı. "Fənərbağça"nın isə ulduz futbolçu üçün bu məbləği ödəməyə hazırdır. Türkiyə klubu "Benfika" ilə razılığa gəlsə, birbaşa transfer şərti ilə Vinisiusu icarəyə götürəcək.

Qeyd edək ki, Karkos Vinisius ötən mövsüm "Tottenhem"də 22 oyunda 10 qol vurub, 3 assistə imza atıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi