azia.az
azia.az

Boks güləşə çatdı

31-07-2021, 13:57


Tokio 2020-də yarımfinala vəsiqə qazanaraq bürünc mükafatı "sığortalayan" Alfonso Dominqes(81 kq), bununla Azərbaycan boksçularının Olimpiya Oyunlarındakı medal ənənəsini davam etdirib.
Boks güləşə çatdı
Azia.az xəbər verir ki, ölkəmizin dəri əlcək ustaları 2000-ci ildən indiyədək Olimpiadaları medalsız başa vurmayıb.

Sidneydə Vüqar Ələkbərov(75 kq), Afina 2004-də Fuad Aslanov(51 kq) və Ağası Məmmədov(54 kq), Pekin 2008-də Şahin İmranov(57 kq), London 2012-də Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov(+91 kq), Rio 2016-da isə Lorenso Sotomayor(64 kq) və Kamran Şahsuvarlı(75 kq) fərqlənib.

Sotomayor dördilliyin zirvə yarışını gümüş medalla başa vurubsa, digərləri bürünc mükafata sahib olub.

Beləliklə, ardıcıl altıncı Olimpiya Oyunlarını "qənimət"lə bitirəcəyi rəsmiləşən yığmamız bu göstəricidə güləşçilərə çatıb.

Müstəqil ölkə kimi qatıldığımız ilk Yay Oyunlarından - Atlanta 1996-dan Rio-2016-dək bütün yarışları mükafatla tamamlayan pəhləvanlarımızın Tokio 2020-də seriyanı 7-yə çatdırmaq imkanı var.

Qeyd edək ki, Azərbaycan Tokio 2020-yə 5 boksçu(hamısı kişi) ilə qatılıb. Onlardan 4-ü erkən mərhələlərdə uduzaraq yarışları əliboş başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi