azia.az
azia.az

Ronaldu daha bir rekorda imza atdı

19-06-2021, 12:02


Portuqaliya yığmasının və İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu ilk dəfə olaraq instaqramda 300 milyon abunəçi toplayıb.



İdman dünyasında Ronaldunun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır. "Barselona"nın kapitanının 219 milyon abunəçisi var. PSJ-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır.



Ümumilikdə isə sosial şəbəkədə ən məşhur hesablar siyahısında Ronaldudan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon izləyici) və model Kayli Cenner (241 milyon izləyici).



Ronaldu iyunun 15-də də Avropa çempionatının iki rekorduna imza atıb. O, futbolçular arasında qitənin beş dəfə birincilik yarışında iştirakı ilə rekorda yiyələnib, həmçinin 11 qol ilə yarışın tarixində ən yaxşı bombardir olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi