azia.az
azia.az

Azərbaycanda çempionluq oyununun vaxtı məlum oldu

16-05-2021, 11:50


Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.
Azərbaycanda çempionluq oyununun vaxtı məlum oldu
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, görüşlərin hamısı mayın 19-da keçiriləcək. "Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da olacaq və saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena” (canlı/Pfl.az)

18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena” (canlı/”CBC/Sport”)

18:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena” (canlı/Pfl.az)

20:30. “Neftçi” – “Qarabağ”
“Dalğa Arena” (canlı/”CBC/Sport”).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi