azia.az
azia.az

"Azərbaycanın Avropada sözünü deyə biləcək gənc futbolçuları var" - De Byazi

29-04-2021, 21:14

Millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.
"Azərbaycanın Avropada sözünü deyə biləcək gənc futbolçuları var" - De Byazi
Qol.az "Buoncalcioatutti"yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis azərbaycanlı futbolçuların ölkə xaricində oynaya bilməmələrinin səbəbi haqda danışıb. O deyib:

"Azərbaycanda, xüsusən də komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa Birliyinə daxil deyil və həmin oyunçuların yerini başqaları tutur. Onların təcrübələri yoxdur, İtaliya, İspaniya, İngiltərə və ya Almaniyadakı kimi rəqabətli liqalarda oynamırlar. Amma güclü rəqiblərlə mübarizə apara biləcəklərini deyə bilərəm. Məsələn, İtaliyada "Atalanta" buna nümunədir. Ukraynalı Ruslan Malinovski kimi çoxlarına tanış olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə inkişaf etdirə bilir və nəticə əldə edirlər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi