azia.az
azia.az

Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir- FOTOFAKT

19-02-2021, 18:50

Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir- FOTOFAKT
Srağagün Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir.
Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır.
Daha sonra Cavanşir Həsənli yazır, 2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN «AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə məxsusdur.
Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək "NƏXŞİCAHAN" qrupuna 35-dən artıq şirkət daxildir, Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir.
Seymur.Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.
Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir- FOTOFAKT
Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir- FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi