azia.az
azia.az

"Arsenal"ın finaldakı rəqibi bəlli oldu

20-07-2020, 11:29

Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Azia.Az bildirir ki, ilk oyun günündə "Arsenal" "Mançester Siti" ilə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Digər finalçının adına "Mançester Yunayted" - "Çelsi" görüşündə aydınlıq gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə isə qələbəni qonaqlar bayram ediblər.

Beləliklə, avqustun 1-də keçiriləcək final görüşündə iki paytaxt klubu - "Arsenal"la "Çelsi" üz-üzə gələcək.

İngiltərə Federasiya Kuboku
Yarımfinal
18 iyul

Arsenal - Mançester Siti 2:0
Qol: Obameyanq, 19; 71.

19 iyul

Mançester Yunayted - Çelsi 1:3
Qol: B.Fernandes, 85-pen - Jiru, 45+11. Maunt, 46. Maquayr, 74-öz qapısına.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi