azia.az
azia.az

Ronaldu "Yuventus"la məşqlərə başladı

20-05-2020, 11:33


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" komandasının bugünkü məşqində iştirak edib.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu hazırlıq prosesindən əvvəl lazımi tibbi testlərdən keçib. Klubun bazasındakı çalışmalar kiçik qruplar şəklində gerçəkləşdirilib.

Turinə mayın 5-də qayıdan Ronaldu 14 günlük karantin dövründən sonra ilk dəfə məşqə çıxıb.

Qeyd edək ki, A Seriyasının iyunun 13-də bərpası nəzərdə tutulurdu. Lakin İtaliya hökuməti idman tədbirlərinin keçirilməsinə qadağanı koronavirusla əlaqədar iyunun 14-dək uzadıb. Bu səbəbdən, çempionatın iyunun 20-də gerçəkləşəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi