azia.az
azia.az

Çempionlar Liqasında sensasiya: Turnirin favoritləri məğlub oldu - FOTO

27-02-2020, 12:36

Çempionlar Liqasında sensasiya: Turnirin favoritləri məğlub oldu - FOTO

Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.

Azia.Az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Gecənin əsas qarşılaşması “Real”la “Mançester Siti” arasındakı matç hesab olunurdu.

Günün digər qarşılaşmasında isə “Yuventus” “Lion”un qonağı olub.

Madrid klubu doğma azarkeşlər önündə oyunun sonuna yaxın qələbəni əldən verib.

Lion şəhərində baş tutan oyunda isə sensasiya baş verib. Turnirin əsas favoritlərindən biri hesab olunan “Yuventus” klubu məğlub olub.

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) – 1:2
Qol: İsko, 60 (1:0), Qabriel Jezus, 78 (1:1), Kevin de Bröyne, 82 (1:2)

“Lion” (Fransa) - “Yuventus” (İtaliya) – 1:0
Qol: Lüka Tuzar, 31


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi